Reklam verin!
AzeriBlog
 Nərmin Nöqtə : Sözüm sözlərdə qalmasın..

Navigation


RSS: Yazılar



Salam, Payız!

İyul 1, 2010 19:11, "Künc"dən zərbəm, Nərmin Nəbiyeva, Şərhlər(4)

      Sevirəm özümə məktub yazmağı. Bəlkə də həyatımda heç kimə yazmadığım qədər məktub var evdə - yazı stolumun sol gözündə, arıq bədənimin sol tərəfində. 
      İncimə, bu gün Sənə yox, payıza ünvanlanacaq məktubum. Bugünlük Səni yormayacağam, qoy, bir az da o dinləsin, bir az da o əsəbiləşsin, bir az da o utansın, var olduğuna hamının sevindiyini sanmasın. “Mənsiz də dünyanın işi gedərmiş?!”, - desin və...


Davamı...
Baxış sayı: 118
Açar sözlər:

Küçə uşağı

İyun 20, 2010 5:17, _Sözlər dağılanda_, Nərmin Nəbiyeva, Şərhlər(2)

    Sınıq həyat vardı – ucalan binalar arxasında gizlənən alçalmış insanlığın kölgəsində. Xəyallar, arzular, susqunluq, üsyan vardı – cırıq ayaqqabıyla həyata atdığı ilk addımın hər səsində. Üzünə çökmüş ümid dolu baxışların yanında axmağa hazır iki damla göz yaşı vardı. Əzabı, dərdi nə səninkinə bənzəyirdi, nə də mənimkinə. Bədənsə yorğundu, çox yorğundu indidən. Dodaqları çatlamış bu balaca oğlana yamaqlı geyiminə görə “yamaq” vuran vicdanımız niyəsə sərt hökm vermişdi: ...Küçə uşağı...

Davamı...
Baxış sayı: 145
Açar sözlər:

Döyüşsüz səngərdə artan itkilər

May 23, 2010 23:34, Qəzetdən nöqtələr, Nərmin Nəbiyeva, Şərhlər(2)

 
Son 3 ayda ordumuzda 27 əsgər ölümü qeydə alınıb

 
     Son günlərdə ayrı-ayrı KİV-də “Milli Ordunun daha bir əsgəri həlak oldu” cümləsini tez-tez eşidir, görür və oxuyuruq. Maraqlı və qeyri-döyüş vəziyyətindəki ölüm hadisələri müharibə şəraitində yaşayan Azərbaycanın Milli Ordusunda xidmət göstərən əsgərlərin heç də həmişə düşmən gülləsindən ölmədiyindən xəbər verir. Nəzərinizə çatdıraq ki, 2010-cu ilin yanvar-mart aylarında Azərbaycan Silahlı Qüvvələri 27 hərbi qulluqçusunu itirib, 25 hərbçi isə yaralanıb. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin 2010-cu ilin birinci rübündə ordudakı itkilərə dair hesabatında deyilir.

Davamı...
Baxış sayı: 82
Açar sözlər:

El bir olsa..

May 23, 2010 23:20, Qəzetdən nöqtələr, Nərmin Nəbiyeva, Şərhlər(0)

 
İnqilabla hakimiyyətə gələn prezident inqilabla da yola salındı

 
    Bişkek son 5 il ərzində ikinci inqilab hadisəsini yaşayır. Hər iki çevriliş cəhdlərinin parlament seçkisi ərəfəsində olması diqqətdən yayınmır. Elə dünya da hal-hazırda diqqətini Orta Asiyadan yayındırmır. Kimisi üçün dərs, kimisi üçün gözdağı, kimisi üçün də yaranması ehtimal olunan “düşmən” obrazına münasibət birmənalı deyil, çünki söhbət mövcud hakimiyyətin devrilməsi və müxalifətin ölkə idarəçiliyini əlinə almasından gedir.

Davamı...
Baxış sayı: 47
Açar sözlər:

"Artuş və Zaur", Əli Əkbər və Azərbaycan triadası

May 23, 2010 22:26, Qəzetdən nöqtələr, Nərmin Nəbiyeva, Şərhlər(0)

   
    Yazıçı Əli Əkbərin Azad Fikir Universitetində “Cəmiyyətin dəyişməsində ədəbiyyatın rolu, yazıçının cəmiyyətdə rolu və funksiyaları” mövzusunda mühazirəsi oldu. Tədbirdə bir çox tanınmış şəxslər də iştirak edirdi. Rejissor Ayaz Salayev, kulturoloq Rəhman Bədəlov, filosof Ağalar Məmmədov, yazar Seymur Baycan və başqalarını misal göstərmək olar.

Davamı...
Baxış sayı: 93
Açar sözlər:

Totalitarizm və avanqard

May 23, 2010 21:54, Qəzetdən nöqtələr, Nərmin Nəbiyeva, Şərhlər(1)

 

Kulturoloq Elmir Mirzəyevin mühazirəsindən

      10 milyondan çox insanın məhvi, 20 milyon yaralı, müharibə aparan ölkələrin milli sərvətlərinin 1/3-nin “yox edilməsi”, texnogen inkişaf, ixtiralar və bunları özündə cəmləşdirən I Dünya Müharibəsi. Müharibənin XX əsrə verdiyi “mükafatlar” yalnız sadalananlardan ibarət deyildi. Göstərilən dövrdə bütün sahələrdə yeni tendensiyaların yaranması, cəmiyyətin şüurunda radikal dəyişikliklər, Orteqa-i-Qassetin qeyd etdiyi kimi, dehumanizasiya (təsvirlərdə “canlı formalar”dan imtina; yaradıcılığın oyuna çevrilməsi və s.) prosesi incəsənətə avanqard yanaşmanı tələb edirdi. Müharibənin incəsənətə təsiri, xüsusilə, totalitarizmin bu prosesdəki “rolu” və yaratdığı fərqli nəticələr kulturoloq, bəstəkar Elmir Mirzəyevin Azad Fikir Universitetində keçirdiyi “Totalitarizm və avanqard” adlı mühazirəsində öz əksini tapdı.

Davamı...
Baxış sayı: 60
Açar sözlər:

Var olmaq, varı olmaq?

May 23, 2010 16:58, Qəzetdən nöqtələr, Nərmin Nəbiyeva, Şərhlər(1)

 Ağalar Məmmədovun mühazirəsi

    Azad Fikir Universitetində fəlsəfə elmləri namizədi Ağalar Məmmədovun “Var olmaq, varı olmaq?” mövzusunda mühazirəsi oldu. Tanınmış jurnalistlər İsrail Musayev və Xədicə İsmayılın da qonaq olduğu tədbir həm ətrafımızdakıların, həm də özümüzün özümüzü tapmaq üçün “nə etməliyik?” sualına cavab almaq istiqamətində quruldu.

Davamı...
Baxış sayı: 95
Açar sözlər:

Postmodernizm çağırışları və insan

May 2, 2010 19:34, Qəzetdən nöqtələr, Nərmin Nəbiyeva, Şərhlər(2)

   Azərbaycan oxucusu son dövrlərdə postmodernizm kimi yeni terminlə tez-tez qarşılaşır. Əksəriyyət postmodernizmin qloballaşmanın tərkib hissəsi olduğunu fikirləşsə də, bu cərəyanla bağlı düşüncələrdə ikiləşmə, birmənalı olmayan münasibət göz qabağındadır. Bir qrup insan postmodernizmin yalnız Azərbaycanda deyil, bütövlükdə islam ölkələrində Amerika - Avropa tərəfindən “dağıdıcılıq” fəaliyyətinin genişləndirilməsi üçün yaradıldığını iddia edir.

Davamı...
Baxış sayı: 104
Açar sözlər:

Qloballaşma və millətçilik

Aprel 27, 2010 8:34, Qəzetdən nöqtələr, Nərmin Nəbiyeva, Şərhlər(0)

   
   Qloballaşmanın günümüzdə baş verən proseslərin gedişatına təsiri gözlə görünəcək qədər böyükdür. Yaranması tarixinə görə heç də yeni bir anlayış olmayan bu terminin əhatə dairəsi də kiçik deyil. İntellektual güclərin birləşməsi sayəsində ümumdünya inteqrasiyası prosesi vahid siyasi, iqtisadi, elmi, mədəni və digər sahələri əhatə edəcək “zona” yaradılmasını qarşıya qoyur ki, bu da qloballaşmanın fəaliyyət prinsipinin əsasını təşkil edir. Nəzərə alsaq ki, qloballaşma milli məkanlara təsir göstərərək onların arasındakı sərhədləri dağıdır, baş verən bu prosesə - yeni sivilizasiya dəhlizinə qapı açmağı subyektiv mental düşüncəyə, dünyagörüşə, mənəvi-əxlaqi və psixoloji spesifikliyə sahib dövlətlər birmənalı qarşılamır. 

Davamı...
Baxış sayı: 105
Açar sözlər:

Qadın-Allahın ikinci səhvi?

Mart 17, 2010 22:52, Qəzetdən nöqtələr, Nərmin Nəbiyeva, Şərhlər(4)


“Azadlıq qadını əxlaqlı edər ”
   
 
  ...və qadın yarandı. Hər bir dövrün ab-havasına uyğun olaraq, ona olan baxışlar da müxtəlif oldu; zaman-zaman müqəddəsləşdirildi - cənnət onların ayağına yazıldı. Zaman-zaman da insan övladının nəfsinə qalib gəlməməkdə “köməkçi” olduğuna görə günahlandırıldı. Elə bu hadisədən sonra “qadın ağlıyla deyil, intuisiyası ilə hərəkət edir” cümləsi düşüncələrdə daşlaşdı. Bir vaxtlar bilikli olduğuna görə “cadugər”, “əxlaqsız” statusu verilən bu cinsin müəyyən dövrlərdə özünün imtina etdiyi və ya onun əlindən alınan təhsil hüququna görə cəmiyyətdə vəzifəsi də dəyişdi. Birinci vəziyyətdə o, kişilərin qorxduğu və çəkindiyi hakim, təhlükəli “düşmən” olduğu halda, ikincisində asanlıqla idarə edilən qula çevrildi... 
   

Davamı...
Baxış sayı: 258
Açar sözlər:

Gəl, qapını bağlama

Yanvar 23, 2010 3:49, "Künc"dən zərbəm, Nərmin Nəbiyeva, Şərhlər(9)

 
 Deyirdik üzümüz yayadır. Bütün donmuşların donu açılacaq. Bəlkə elə Azərbaycan - Türkiyə - Ermənistan adlı bermud oyununda gizlədilən kartlar da… Fəsil dəyişdi. Hər fəslə uyğun qeyrət dəyişdiyimiz bir zamanda, deyəsən, qış daha abırlı siyasət göstərib açılan məsələlərə təzə don geyindirəcək…
  … Futbolçularımızın qol üzünə həsrət ayaqlarını xatırlayıram nədənsə. Hər dəfə uduzanda başımıza oyun açan bu tilsimdən baş aça bilmədik. Əvəzində qapımızdan keçən hər topa görə gözümüzü yumub, ağzımızı açdıq. Bu dəfə Türkiyə oynadı - Ermənistanla. Gözümüz yenə yumuldu. Amma ağzımız açılmadı. 17 illik “tilsim” bir simsimlə açıldı. Bir tilsimlə də “17 illik gedənlərimiz”in geriyə yolu açılsaydı, dünya dağılmazdı ki?!                                                       

Davamı...
Baxış sayı: 231
Açar sözlər:

Təbrik edirəm_

İyul 17, 2009 0:19, "Künc"dən zərbəm, Nərmin Nəbiyeva, Şərhlər(29)

 

 

 

   Təbrik edirəm. Deyirlər, camaat “kreslo” xəstəliyinə tutulub. “Dahilər” də divan. Dahilərsiz divandakı “dahilər” divansız dahilərdən birinə divan tutur. Soyğunçuluğun Müasir Stili – SMS-lə. Dahi qəbrində dönəndə, smslər də “hə” və “yox” arasında dönür. Dönər müşavirəsinin sonu Qubadakı qərib qəbirlərimizin qəribəliyi qədər müəmmalı şəkildə bitir. Futbolumuzun arxasınca gedən Qarabağın sıralarına indi də dahilər qoşulur. Efirin “kifir” verilişlərinə qoşulan mən də ağ həqiqətlərin açılmayan “qara qutusu”ndan fərqli olaraq, qara camaatımızın üzünə ağ olan “yeşikdə” “Tülkünün məsəli”, “qoy, uzanmışıq da” “dahilərin divanında” deyirəm. Nəsə. Ədəbi məhkəmənin ədəbsiz hakimlərinin “ədəbli” mühakiməsinin əbədi məhkumları da belə getdi.    

Davamı...
Baxış sayı: 585
Açar sözlər:

Bu gün səndən yazdı qələm_

İyul 11, 2009 20:46, _Sözlər dağılanda_, Nərmin Nəbiyeva, Şərhlər(20)

 

 

 

Göz yaşınla çək ovcunun içində sən

Uzaqlarda itirdiyin gülüşləri.

Görüm necə unudulur

Zamanın buz tonqalında

Külü donan arzuların,

Arzuların qərib, səssiz gedişləri.

Sətirlər də özün kimi dolaşırlar,

Dağıldıqca sözlər hərdən.

Bu gün səndən yazdı qələm.. 

Davamı...
Baxış sayı: 490
Açar sözlər:

Seç ki!

İyul 4, 2009 14:04, "Künc"dən zərbəm, Nərmin Nəbiyeva, Şərhlər(14)

 

 

 

 

   Hər şey bu dünyaya gəlməyimizdən başladı. “Seç!”,- dedilərmi yaşamla ölüm arasında-yox! Seçdi Tanrı bizim üçün bu dünyanı. O dünyakı insanın olduğu yerdə pislik durur, pisliyin ayaq açıb yeridiyi yerdə isə ədalət şikəstdir. Yaşayaraq ölümə getdiyimizi bilirdik. Ölümsə yaşamağımıza mane olmadı. Yaşadıq və seçdik.. 

    “Seç!”, - dedilər hörmətlə rüşvət arasında. Beşikdən yeşiyə rüşvətlə başladıq, istəyərək, ya istəməyərək, ya da onların istəyi ilə, amma seçdilər rüşvəti bizim üçün doğulduğumuzda xəstəxanada başlayan muştuluq kampaniyası  və ölərkən mollaya verilən gözaydınlığı ilə.

Davamı...
Baxış sayı: 369
Açar sözlər:

Üşüdü_

İyul 1, 2009 12:43, "Künc"dən zərbəm, Nərmin Nəbiyeva, Şərhlər(9)

 

 

Məni misralara sürgün etdilər,

Dəyəri qiymətsiz sözlər üşüdü.

Həqiqət xofunda boğulan qəlbin

Dərdindən kor olmuş gözlər üşüdü.

Vurduqca ürəyim, aldıqca nəfəs,

Cəngisi qulaqda zaman üşüdü.

Qaçdıq oğru təki eldən-obadan,

Şikəstəyə həsrət kaman üşüdü.

Davamı...
Baxış sayı: 334
Açar sözlər:

Otağım..

İyun 11, 2009 16:57, _Sözlər dağılanda_, Nərmin Nəbiyeva, Şərhlər(13)

 

 

 

Bir  otaqdır yanağıma sığal çəkən göz yaşlarım,

Bir otaqdır ürəyimin üsyanına qıfıl vuran dodaqlarım.

Bir otaqdır səni sənsiz səsləndirən nəfəsimə qucduğum diz,

Bir otaqdır ulduzlara həsrət qalan gecələrmi gizlətməkçün

solğun bəniz.

Bir otaqdır məhv etdiyin illərimə qanad verən biləklərim,

Bir otaqdır dünənimi basdırmaqçün arzularım, diləklərim.

Davamı...
Baxış sayı: 526
Açar sözlər:

Bakı - İslamın "paytaxtı"

İyun 2, 2009 19:31, "Künc"dən zərbəm, Nərmin Nəbiyeva, Şərhlər(13)

 

 

Bakı İslamın paytaxtı,

Onda mən də olum molla.

Verim lütdənmiş Fatihə

Açıq qıça, açıq qola.

Fahişə ruhun Sarayında,

Yataq bədən harayında.

Ağacaltı, "skamya"üstü

Öpüşləri, güləşləri,

Qadınların evlər yıxan pıçıltısın,

Donuz kimi gülüşlərin

Gizlədim hicab altında?

Davamı...
Baxış sayı: 399
Açar sözlər:

Qərarsızlıq_

May 18, 2009 1:21, _Sözlər dağılanda_, Nərmin Nəbiyeva, Şərhlər(11)

 

 

 

Qaldır kirpiyini, daha utanma,

Ağlamaq nə vaxtdan artıq olubdur? 

Həqiqət yanaqda gözəldir, axı,

Onsuz dodaqlar da Məndən solubdur.

At sən addımını ölümə doğru,

Gözləyir yolunu darın ağacı.

Davamı...
Baxış sayı: 355
Açar sözlər:

Öyrəşmişəm..

May 18, 2009 1:10, _Sözlər dağılanda_, Nərmin Nəbiyeva, Şərhlər(14)

 

 

 

Öyrəşmişəm sənsizliyə,

Səni mənə xatırladan

Uğultulu səssizliyə.

Öyrəşmişəm,

Yazmayan sərt qələmimə,

Vərəqlərə məhkum olmuş

Güldüyüm tək ələmimə. 

Davamı...
Baxış sayı: 519
Açar sözlər:

Yanılmışam_

May 18, 2009 1:01, _Sözlər dağılanda_, Nərmin Nəbiyeva, Şərhlər(1)

 

 

 

Dünya bildim gözlərini

Yanılmışam..

Nöqtə boyda bir bəbəyi

Aldanıb da, səfeh kimi

Necə bir dünya sanmışam?!

Neçə ümid bağlanmışdı,

Ayrılıqlar dağlanmışdı,

Bir ürək də ağlamışdı

O dünyada.

Yanılmışam..

Davamı...
Baxış sayı: 277
Açar sözlər:

Sus..

May 18, 2009 0:53, _Sözlər dağılanda_, Nərmin Nəbiyeva, Şərhlər(6)

 

 

 

Sus.

Susanda sevdim səni.

Sevmirəm sən danışanda.

Sevmədiyini bilə-bilə

Bunu mənə gözlərinlə riya satıb

Sən deməyə çalışanda,

Sus. 

Davamı...
Baxış sayı: 323
Açar sözlər:

Elə bu da sevmək imiş..

May 18, 2009 0:45, _Sözlər dağılanda_, Nərmin Nəbiyeva, Şərhlər(22)

 

 

Sevgi öpüşlər deyilmiş,

Toxunmadan sevmək varmış.

Hisslərini pıçıltıyla

Vərəqlərə, güzgülərə,

İnsanlardan gizlədərək

Qaranlığa, gecələrə demək varmış.

Lap uzaqdan xəyalları sındıraraq

Oxşamaqmış sevdiyinin tellərini.

Davamı...
Baxış sayı: 467
Açar sözlər:



  Yazılar cəmi: 22   


Blog Haqqında

Nərmin Nəbiyeva

Ən yaxşı bacardığım şey görmək və gördüyümü yazmaqdır. Bu blogumda qələmimim gücü daxilində yazdıqlarımı paylaşmışam. Oğurlanan vaxta görə məsuliyyət daşıyıram. Vaxt itkisi ziyandır,deyəsən. Bu dəfə istisna olar və xeyiri dəyər yəqin=)
PS.Blog`umda yerləşdirilən bütün yazıların müəllifi mənəm - Nöqtə.
1) Qəzetdən nöqtələr: Bu bölmədə ayrı-ayrı mətbuat səhifələrində dərc olunan məqalələrim yerləşdirilib.
2)"Künc"dən zərbəm - Bu bölmədə yerləşdirilən köşə yazılarımda siyasi, sosial, iqtisadi və digər sahələrə dair ölkə daxilində, sərhəddən kənarda baş verən hadisələrə olan münasibətim yerləşdirilib.
3)Sözlər dağılanda - Bu bölmədə nəzmə bənzər yazılarım yerləşdirilib =)


Bölmələr


Arxivlər



Keçidlər


Dost bloglar



Açar sözlər


Sayqaç


Müxtəlif